İranda seçki keçirildi

27 Fevral 2016 04:14 (UTC+04:00)

Ötən il İranla tarixi nüvə razılığının əldə olunmasından sonra ölkədə ilk dəfə parlament seçkiləri keçirilib.

Publika.az xəbər verir ki, mühafizəkarların üstünlük təşkil etdiyi 290 nəfərlik parlamenti və 88 nəfərlik Ekspertlər Assambleyasını müəyyən etmək üçün 55 milyon iranlı seçici kimi qeydiyyatdan keçib. Assambleya İranın xarici siyasətindən son sözü deyən Ali Ruhani Lideri Ayətulla Əli Xameneyinin işinə nəzarət edir.

Seçicilərin çoxluğuna görə səsvermə üçün ayrılan vaxt yerli vaxtla 23:45-dək (Bakı vaxtı ilə 00:15) uzadılıb. Hələlik seçkinin nəticələri barədə məlumat verilməyib.