Əzizbəylilərə ağır itki

27 Fevral 2016 10:45 (UTC+04:00)

Müğənni Nurlan Əzizbəylinin ailəsinə ağır itki üz verib. İfaçının atası Rafiq Əzizbəyli dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu haqda müğənni özünün "Facebook" səhifəsində yazıb: "Bu gün atamı itirdim, dünyam qaraldı, dayağım getdi..."

Məlumata görə, R.Əzizbəyli diabet xəstəsi olub. Lakin ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, R.Əzizbəyli xalq artisti Ramiz Əzizbəylinin qardaşıdır.