Suriyada üç dövlət qurulur: Əsəd, kürd və İŞİD

27 Fevral 2016 10:57 (UTC+04:00)

Suriyada müharibənin başladığı beş il ərzində ilk dəfə atəşkəs elan olunub.

Publika.az xəbər verir ki, Suriyanın taleyinin bundan sonra necə olacağı əsas suallardan biri olaraq qalır.

Türkiyənin “Yeni Şafak” qəzeti yazır ki, Suriyanın bölünə biləcəyi ehtimalı irəli sürülüb.

“ABŞ Dövlət katibi Con Kerri də bildirdi ki, atəşkəs heç bir işə yaramasa, B planı işə salınacaq. Diplomatik qaynaqların məlumatına görə, ABŞ-ın B planına Suriyanın bölünərək idarə olunması daxildir”, - deyə qəzet yazıb.

Qəzet əlavə edir ki, bu plan "Cordon" planı olaraq da tanınır: “Obamanın keçmiş köməkçisi Filip Cordonun hazırladığı “Deescalation and Decentralization” planını həm Vaşinqton, həm də Rusiya qəbul edib. Plana görə, Suriya üç hissəyə bölünəcək. PKK-nın Suriya qolu olan PYD vasitəsilə əsasən müxalifətin hakim olduğu sahil xəttini əhatə edəcək kürd dövləti, Hama, Humus, Hələb və Şamı əhatə edən Əsəd dövləti yaradılacaq, Suriyanın çöl bölgələri isə İŞİD bölgəsi elan ediləcək. Suriyanın bölünmüş olması həmçinin, Türkiyənin Ərəb coğrafiyası ilə bağını kəsəcək.

Asif