Əfqanıstanda terror aktı – 11 ölü

27 Fevral 2016 13:44 (UTC+04:00)

Əfqanıstanın Pakistanla sərhəddə yerləşən Kunar bölgəsində terror aktı olub.

Publika.az-ın məlumatına görə, bu haqda əyalətin rəsmi şəxslərinə istinadən “Reuters” xəbər yayıb.

Hökumət binasının girişinə motosikldə yaxınlaşan kamikadze özünü partladıb. Nəticədə, 11 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

“Həlak olanlar mülki şəxslərdir. Onlar arasında uşaqlar da var”, – deyə hakimiyyət nümayəndələrindən biri bildirib. Terror aktına görə hələlik heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib.

Lakin ölənlər arasında tayfa ağsaqqalının olması hadisənin tayfalararası münaqişələr çərçivəsində baş verməsinə dair şübhələri ortaya qoyur.

Anar