Flora İlhamə haqqında: "Ölsə də..."

27 Fevral 2016 12:31 (UTC+04:00)

Xalq artisti Flora Kərimova illərdir küsülü olduğu mərhum həmkarı İlhamə Quliyevadan danışıb.

Publika.az-ın big.az-a istinadən xəbərinə görə, "20 gün susacam, İlhamə Quliyeva haqqında danışmayacağam" deyən F.Kərimova sözlərinə əməl etməyib. O, mərhum haqqında bunları deyib:

"Mən İlhamənin, nə var idisə, hər şeyi üzünə demişəm. Arxasınca danışmaq mənə yaraşmaz. Ancaq bir söz deyim, İlhamə o qədər insanlara pislik edib ki, ölsə belə, adamın ona kini soyumaz".

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.