"Hizbullah"ın yüksək rütbəli komandiri öldürüldü

27 Fevral 2016 14:36 (UTC+04:00)

"Hizbullah"ın yüksək rütbəli komandiri Ali Fayyad Hələbdə gedən döyüşlərdə öldürülüb.

Publika.az xəbər verir ki, təşkilatın xüsusi təyinatlı qüvvələrinin komandiri müxaliflərə qarşı döyüşlərdə qəddarlığı ilə seçilirdi.

2014-cü ildə Ali Fayyadın müxaliflərə qarşı qurduğu tələ nəticəsində 175 nəfər öldürülmüşdü.

"Hizbullah"a aid telekanal da A. Fayyadın ölümünü təsdiqləyib.

Asif