Obama: “Suriyada atəşkəsin davam edəcəyindən şübhələnirik”

27 Fevral 2016 21:14 (UTC+04:00)

“Suriyada atəşkəsin davam edəcəyindən və qarşıdurmanın bitəcəyindən şübhələnirik”.



Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama Suriyada atəşkəsin bağlanması haqda danışarkən deyib.

Onun sözlərinə görə, şübhələnmək üçün bir çox səbəb var: “Ən yaxşı şərtlərdə belə qarşıdurma sona çatmayacaq. Məsələnin əhəmiyyətli hissəsi Rusiya, Suriya rejimi və müttəfiqlərin razılaşmanı yerinə yetirməsidir. Önümüzdəki saatlar və günlər önəmlidir. Bütün dünya nə baş verəcəyini diqqətlə izləyir”.

Obama İŞİD-ə qarşı mübarizənin davam edəcəyini, indiyə qədər keçirilən əməliyyat nəticəsində terror təşkilatının nəzarət etdiyi ərazilərin 40 faizini itirdiyini bildirib.

“Bir çox ölkələrinnin birgə işləməsi nəticəsində Suriyaya əcnəbi döyüşçülərin axını zəifləyib. İndi İŞİD-in döyüşçüləri daha azdır”, - deyə o bildirib.


Asif