İlham Əliyev Dominikan Respublikasının Prezidentini təbrik edib

27 Fevral 2016 17:35 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".