Alman kəşfiyyatında biabırçılıq – Kerri əvəzinə Afrikaya zəng etdilər

28 Fevral 2016 08:11 (UTC+04:00)

Almaniyanın kəşfiyyat təşkilatı BND 2013-cü ildə ABŞ-ın dövlət katibi Con Kerrinin mobil telefonunu dinləmək istəyib.

Publika.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri bildirib.

Nəşrin yazdığına görə, BND-nin dinləmə cəhdi heç bir nəticə verməyib. Qeyd olunur ki, Almaniya kəşfiyyatı dövlət katibinin telefonunu və ölkə kodunu proqrama yanlış daxil edib. Proqrama ABŞ-ın telefon kodu əvəzinə Afrika dövlətlərindən birinin kodu daxil edilib.

Kerri BND-nin hədəfində olan yeganə siyasətçi olmayıb. Alman kəşfiyyatı Britaniya siyasətçisi Ketrin Eştonu 2009-cu ildən izləyib. Ketrin Eşton həmin vaxt Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı postunu tuturdu.

Ömər Dağlı