Soyuqlamaya qarşı adaçayı möcüzəsi

28 Fevral 2016 10:43 (UTC+04:00)

Soyuq mart günləri insanların qrip və soyuqdəyməyə ən çox yaxalandıqları dövrdür.

Publika.az xəbər verir ki, bu dövrdə xəstəliklərindən qorunmaq, qripi və boğaz ağrısını aradan qaldırmaq üçün adaçayından faydalana bilərsiniz.

Həkimlər bildirir ki, boğaz ağrısına qarşı adaçayı ilə qarqara etmək fayda verir.

Gündə üç stəkan adaçayı içmək də eyni cür təsir edir. Antioksidant təsiri olduğu üçün adaçayı orqanizmi təmizləyir və yeniləyir.

Adaçayını doğru dəmləmək çox önəmlidir. 1 çay qaşığı adaçayını 1 stəkan qaynar suya tökün. 5 dəqiqə gözlədikdən sonra bal və limon şirəsi əlavə edib için.

Ləman Sultan