Duman aeroportun işinə təsir eməyib

28 Fevral 2016 11:25 (UTC+04:00)

Bakıda bu gün səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Publika.az-ın xəbərinə görə, bu barədə hava limanından bildirilib.

Məlumata görə, duman hava limanının işinə təsir etməyib: "Təyyarələrin qəbulu və yola salınmasında gecikmə yoxdur. Aeroport normal rejimdə işini davam etdirir".