35 İŞİD terrorçusu məhv edildi

28 Fevral 2016 14:37 (UTC+04:00)

Suriya ordusu Həma əyalətində 35 İŞİD terrorçusunu məhv edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ekstremistlər Suriya ordusunun Salamiyə şəhərindəki mövqelərinə hücum etmək istəyiblər.

Hərbçilər, həmçinin, terrorçulara məxsus pulemyotla təchiz edilmiş dörd yolsuzluq maşınını, buldozeri və artilleriya silahlarını zərərsizləşdiriblər.

Fevralın 27-dən etibarən Suriyada atəşkəs rejimi elan olunub. Bu, İŞİD, "Nüsra cəbhəsi" və BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınan digər qruplaşmalara şamil edilməyib.