Suriyada B planı işə düşür?

29 Fevral 2016 01:14 (UTC+04:00)

Rusiya və Suriya hakimiyyəti atəşkəsi pozur.

Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adel Cübeyr deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı hökuməti hazırda digər ölkələrlə bu məsələni müzakirə edir.

Cübeyr Suriyada atəşkəsə əməl edilməyəcəyi təqdirdə, "B planı"nın işə salınacağını bildirib.