Ramil Usubov rəisi və müavinini işdən çıxardı

29 Fevral 2016 10:58 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, regional şöbənin rəisi polis polkovniki Anar Əkbərov və onun müavini polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər.