Dövlət qurumlarında telefon istifadəsinə QADAĞA

29 Fevral 2016 12:52 (UTC+04:00)

Ölkə büdcəsinin əvvəlki illərlə müqayisədə azalması dövlət qurumlarını da hərəkətə keçib.

Modern.az-ın əldə etdiyi məlumata görə, dövlət qurumlarında bir çox başqa sahələrlə yanaşı, beynəlxalq əlaqələrlə bağlı telefon danışıqlarına məhdudiyyətlər qoyulub.

Belə ki, artıq dövlət işçiləri xarici ölkələrə telefon açarkən bunun səbəbini və vacibliyini bəyan etməlidirlər. Artıq bir sıra dövlət qurumlarının əməkdaşları hansı ölkəyə nə üçün zəng edəcəklərini əvvəlcədən bildirir və ya danışıqlarının vaxtı barədə məlumat verirlər.