Masallıda qaz borusunda partlayış: 1 yaralı

29 Fevral 2016 12:41 (UTC+04:00)

Masallıda qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib.

Yanıq xəsarəti alan H.Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.