93 yaşlı kişi öldürüldü - Göygöldə

29 Fevral 2016 15:38 (UTC+04:00)

Göygöldə 93 yaşlı kişi qətlə yetirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Onun evdə tək yaşadığı bildirilir.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.