Ermənilər bu ölkəni ələ keçirir: ev-ev, küçə-küçə... – ARAŞDIRMA – FOTOLAR

29 Fevral 2016 16:30 (UTC+04:00)

Ermənistandan, habelə MDB-nin ayrı-ayrı dövlətlərindən ABŞ-a köçən ermənilər bu ölkənin ayrı-ayrı şəhərlərini ələ keçirməyə, bəzi əraziləri “özününküləşdirmə”yə başlayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu məsələ ABŞ-ın bəzi elektron kütləvi informasiya vasitələrinin müzakirə mövzusuna çevrilib.

Amerika mətbuatı dilə gəldi...

Amerika mətbuatı ermənilərin təkcə ötən əsrin 70-ci illərində deyil, habelə son onillikdə məskunlaşdıqları bir sıra ucqar yerlərdə erməniləşmə siyasəti həyata keçirdiklərini qabartmağa başlayıb. Media orqanları xüsusən Ermənistandan köçən ermənilərin Amerikanın bəzi tarixi yerlərində saxtakarlıqla məşğul olduqlarını, habelə yerli sakinlərə qarşı aqressiv davrandıqlarını vurğulayır.

Yerli mətbuat yazır ki, ermənilər şəhərləri əvvəlcə küçə-küçə, sonra qəsəbə, daha sonra isə bütövlükdə ələ keçirirlər. Belə ki, okeanın o tayından köçüb gələn arzuolunmaz sakinlər eyni küçələrdə, prospektlərdə məskən salır, daha sonra isə əraziyə öz yaxınlarını yerləşdirirlər.

Məlumata görə, Birləşmiş Ştatlarda erməni dilində təhsil verən 20-dən artıq orta məktəb mövcuddur.

Yeri gəlmişkən qeyd edək ki, amerikalıların belə narahatlığı üçün müəyyən əsaslar var. Belə ki, Kaliforniya ştatında 164 min erməni məskunlaşıb. Qeyri-rəsmi mənbələrə görə, ABŞ-da yaşayan ermənilərin sayı 1 milyon 500 min nəfərdən çoxdur. Ermənilər Kaliforniya ştatının Los-Anceles şəhərində özləri üçün kiçik şəhər yaradıblar. Və toplu halda yaşadıqları şəhərə “Little Armenia” (“Kiçik Ermənistan” – red.) adını veriblər.

Şəhər kiçik olmasına baxmayaraq, ABŞ-da məskunlaşmış ermənilərin əsas güc mərkəzlərindən birinə çevrilib. Artıq burada 50 mindən çox etnik erməni məskunlaşıb. Maraqlı cəhət burasındadır ki, son 10 ildə bu şəhərciyi 223 Amerika (ingilis və holland) ailəsi tərk edib.

Ev-ev, küçə-küçə...

Özgə torpaqlarına əl uzatmağı sevən bədnam qonşularımız burada da yerli sakinlərlə süni qarşıdurmalar yaradır, onların ərazini tərk etmələri məqsədilə müxtəlif təxribatlara əl atırlar. Elə təkcə bunu demək kifayətdir ki, 2004-cü ildən indiyə kimi burada yerli sakinlərlə ABŞ-ın arzuolunmaz sakinləri arasında 8 qarşıdurma baş verib.

Bir çoxları, o cümlədən etnoqraflar və siyasi ekspertlər bunun sonradan köçüb gələnlərin (ermənilərin) ərazidə həyata keçirdikləri məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu vurğulayırlar.

Təkcə “Little Armenia”da erməni dilində fəaliyyət göstərən 10 məktəb, bir neçə xəstəxana mövcuddur. Burada radio, “Horizon” telekanalı fəaliyyət göstərir. Hətta erməni dilində çoxtirajlı qəzet də nəşr olunur.

Ermənilərin məkrli siyasətini sübut edən daha bir məqam burada Qarabağ adlı bir necə marketin və əyləncə mərkəzinin də mövcud olmasıdır. Belə ki, Amerikanın arzuolunmaz sakinləri bununla tarixi Azərbaycan torpaqlarının onlara məxsus olduğunu iddia edir və Qarabağ adını verdikləri marketlərlə, mağazalarla təbliğat aparırlar.

Erməni satıcıların işlədiyi satış mərkəzlərində ərzaqlarla yanaşı, erməni mətbəxinə aid şirniyyatlar hazırlanır, “Qarabağ” kafesində erməni yeməkləri bişirilir...

Türklər əleyhinə fəaliyyət...

Qeyd edək ki, Hollivuddakı ermənilərin Müqəddəs Karapet Apostol erməni kilsəsi də bu istiqamətdə iş aparır. Hələ bir neçə il əvvəl inşa edilmiş kilsə ermənilərin tez-tez toplaşdıqları məkan kimi seçilib.

Kilsənin ətrafında “Rose and Alex Pilibos Armenian School” erməni məktəbləri də fəaliyyət göstərir.

Onlar burada muzey və park da inşa ediblər.

Sahəsinə görə kiçik görünən “Little Armenia” şəhərciyinin rəhbərliyinin miqyas tanımayan ambisiyalarını buradakı sakinlərin və inzibati qurumların işçilərinin fəaliyyətləri ortaya qoyur. Belə ki, “Little Armenia”nın sakinləri və şəhərciyin rəhbərləri ilin demək olar bütün aylarında qondarma erməni soyqırımının tanıdılması istiqamətində ABŞ-da iş aparır, aprelin 24-də mitinqlər, fləş-moblar təşkil edirlər.

Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni Assambleyasının da fəaliyyəti öz yerində. Bu təşkilatlar ABŞ-da yaşayan türklər əleyhinə fəaliyyət göstərir, qondarma “erməni soyqırımı”nın tanıdılmasına çalışırlar.

Bununla yanaşı, Kaliforniya ştatında yerləşən Qlendal şəhəri də bu ölkədə yaşayan ermənilərin qeyri-rəsmi mərkəzi hesab edilir. Hazırda Qlendalda onminlərlə erməni məskunlaşıb...

Anar Tağıyev