“Qalatasaray”da Dənizli dönəmi bitdi

29 Fevral 2016 16:40 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi bu gün saat 15:00-a təyin olunan məşqə çıxmayıb.

Publika.az xəbər verir ki, 67 yaşlı mütəxəssis klubun "Florya Metin Oktay" bazasında futbolçular və klub əməkdaşları ilə vidalaşıb.

Ardından o, "sarı-qırmızılar"ın prezidenti Dursun Özbeklə görüşmək üçün "Türk Telekom Arena"ya yollanıb.

Qeyd edək ki, "Qalatasaray" Super Liqanın 23-cü turunda səfərdə "Qaziantepspor"a 0:2 hesabı ilə uduzduqdan sonra Mustafa Dənizli baş məşqçi vəzifəsindən istefa verməyi qərara aldığını açıqlayıb.