Cazibədar Monikanın şərəfinə çanta buraxıldı - FOTOLAR

31 Mart 2014 15:20 (UTC+04:00)

Dünyanın ən bahalı brendi Monika Belluççinin şərəfinə çanta buraxıb. Publika.Az "buro247.az" saytına istinadən xəbər verir ki, Dolce&Gabbana “Monica” çantalarını yay aylarında satışa çıxaracaq.

Büronun seçimi: Dolce&Gabbana

Dolce&Gabanna brendi cazibədar italyan aktrisası və modeli Monika Belluççinin şərəfinə çanta yaradıb. Aktrisa ilk dəfə bu çanta ilə Moskvada yeni parfümeriya-kosmetika butikinin açılışında görünüb. 2014 payız-qış kolleksiyasından olan qara rəngli "IT-bag" artıq bir çox modapərəstlərin diqqət mərkəzindədir. "Monica" adı verilən aksesuar yalnız iyul ayında satışa çıxarılacaq, 3 rəngdə və ölçüdə təqdim olunacaq. Timsah dərisindən olan model isə məhdud tirajla ancaq Moskvada satılacaq.