Təqdimatda strip rəqs şousu - Foto

31 Mart 2014 15:40 (UTC+04:00)

Avstraliya Stomatoloqlar Cəmiyyətinin (ASC) keçirdiyi konfransda “çirkin” rəqslərin nümayiş etdirilməsi haqqında olan video yayımlandıqdan sonra ölkədə səs-küyə səbəb olub. Videonun kim tərəfindən çəkilməsi məlum deyil, lakin kadrlarda gecədə iştirak edən rəqqasların ipəkdən də nazik geyinərək erotik rəqsləri ilə tamaşaçılar qarşısına çıxması məlum olub.

Video YouTube-da yerləşdirildikdən sonra kadrlarda həddən artıq seksual görüntülər olduğu üçün Avstraliya Stomatoloqlar Cəmiyyətinin (ASC) ünvanına bu videonun yığışdırılması ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Qeyd olunur ki, yerləşdirilmiş video konfrans gecəsi ilə bağlı düzgün informasiya çatdırmır.

ASC artıq videoya görə üzr istəyib.

Camalə