Aygündən Miri Yusifə - “Özünü mənə bağışla”

1 Aprel 2016 10:45 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova Miri Yusif ilə birlikdə yeni fotosessiya etdirib.

Publika.az xəbər verir ki, şəkilləri sosial şəbəkədə paylaşan A. Kazımova bu fotoların hansı məqsədlə çəkilməsi haqda məlumat yerləşdirməyib. O, yalnız “özünü mənə bağışla” sözlərini yazıb.

Fotoların yayılması sosial şəbəkə izləyicilərinin çoxsaylı sualları ilə qarşılanıb. Bəziləri birgə konsert, bəziləri duet, digərləri isə fotoların klipdən olduğunu yazıb.

Məsələ ilə bağlı xalq artistinin mətbuat katibi ilə əlaqə saxladiq. O, yaxın zamanda mediaya bu haqda geniş məlumat veriləcəyini bildirdi.

Qeyd edək ki,fotoların müəllifi Kamran Ağayevdir.