Bu yollarda hərəkət məhdudlaşdırılacaq

1 Aprel 2016 15:33 (UTC+04:00)

Bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işləri ilə əlaqədar olaraq bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyat küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək. Bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

“Baku Bus” MMC-dən bildirilib ki, bununla əlaqədar olaraq 6 saylı marşrut “Azadlıq” metro stansiyasının önündən “İçərişəhər” metro stansiyasına qədər hərəkət edəcək.

Gülxar