Müğənni evində ölü tapıldı

2 Aprel 2016 11:24 (UTC+04:00)

Məşhur müğənni və bəstəkar Aydın Tansel Bodrum ərazisindəki evində ölü tapılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı müğənni infarkt keçirərək həyatını itirib.

Tanselin bir müddət görünməməyi qonşularını narahat edib, polisə müraciət olunub. Evə gələn polis əməkdaşları onun cəsədi ilə rastlaşıb.