Neft ucuzlaşır

4 Aprel 2016 09:05 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar azalaraq 36,32 dollar təşkil edib.

Publika.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 38,26 dollar olub.

"Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,07 dollar yaxud 5,01% ucuzlaşıb və hazırda bir barelinin qiyməti 39,22 dollara bərabərdir.