Bakı metrosunda həyəcanlı anlar

1 Aprel 2014 12:19 (UTC+04:00)

“Nəriman Nərimanov” stansiyasına təcili tibbi yardım maşını çağırılıb.Bu gün səhər Bakı metropoliteninin “Nəriman Nərimanov” stansiyasında sərnişinlər gərgin anlar yaşayıblar.

Milli.Az xəbər verir ki, 35-37 yaşlarında bir kişi qəfildən huşunu itirərək yıxılıb.Stansiyaya çağırılan reanimasiyalı təcili tibbi yardım maşını onu xəstəxanaya aparıb.Həkimlər onun halının kəskin ürəktutmadan pisləşdiyini bildiriblər