“Putin anladı ki, bu müharibədə...”

6 Aprel 2016 08:36 (UTC+04:00)

“Rusiya prezidenti Vladimir Putin anlayır ki, Şərqi Ukraynada “rus dünyası” üçün mübarizədə hərbi məğlubiyyətlə üzləşib”.

Publika.az xəbər verir ki, bunu “Forum.Daily” nəşrinə müsahibəsində məşhur sovet və Rusiya yazıçı-dissidenti Vladimir Voynoviç deyib.

“Rusiya Ukraynadakı hərbi müvəffəqiyyətsizlikdən sonra Türkiyə ilə vuruşa bilmir. O, bu müharibəni də uduzacaq. Putin də bunu anlayır. Amma ona yalnız qələbələr lazımdır, eyni zamanda Krımda olduğu üçün kiçik qələbələr”, - yazıçı bildirib.

Onun sözlərinə görə, Putin Krımı zəbt edərək tarixdə “rus dünyası”nı birləşdirən böyük sərkərdə kimi qalmaq istəyirdi.

“Hər şey yaxşı başlandı, Krım atəşsiz ələ keçirildi. Bütün bunlar möcüzə kimi görünürdü. Xalqı inandırırdılar ki, bir-iki saata Kiyevi almaq mümkün olacaq. Amma bu olmadı və ola da bilməzdi. Putin Ukrayna xalqından bu cür müqavimət gözləmirdi. O, tezliklə anladı ki, müharibəni uduzur. Və uduzdu, onunla birlikdə “Novorossiya” və “rus dünyası” uduzdu. Putin axı yalnız Ukraynanı nəzərdə tutmurdu. O, həm də Belarus və Qazaxıstanı “rus dünyası”nın bir hissəsi hesab edirdi. Putin artıq Şərqi Ukraynada “rus dünyası” üçün mübarizədə hərbi məğlubiyyətə uğradı. Bundan başqa, çox tezliklə aydın oldu ki, “rus dünyası" Rusiyanın qucağına tələsmir”, - Voynoviç qeyd edib.

Ömər Dağlı