ÇL-də 1/4 final mərhələsinin ilk iki görüşü keçirilib

6 Aprel 2016 01:13 (UTC+04:00)

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Qarşılaşmalardan biri İspaniyada, digəri isə Almaniyada oynanılıb. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Barselona” (İspaniya) – “Atletiko” (İspaniya) - 2:1

“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) - 1:0