Ərdoğan üçün özəl velosiped hazırlandı

6 Aprel 2016 10:52 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün velosiped yürüşünə qatılacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məqsəd 24 aprel - 1 mayda sayca 52-ci dəfə keçiriləcək Prezident Turunu tanıtmaqdır.

Türkiyə Prezidentindən əlavə, bugünkü marafonda nazirlər və millət vəkilləri də yer alacaq. Yürüş üçün "Salcano" şirkəti tərəfindən R.T.Ərdoğana özəl velosiped hazırlanıb.