Lavrov İrəvana gedir

6 Aprel 2016 15:22 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov 21-22 aprel tarixlərində İrəvana səfər etməyi planlaşdırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Edvard Nalbandyan aprelin 8-də Moskvaya gedəcək.