İrana yeni səfir təyin edildi - SƏRƏNCAM

6 Aprel 2016 22:43 (UTC+04:00)

Prezident İlham Əliyev B.S.Hüseynovun Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.