Xankəndində ATIŞMA: Güclü partlayışlar və pulemyot səsləri

8 Aprel 2016 00:07 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağ separatçıları ilə danışıqları zamanı bir neçə güclü partlayış baş verib.

Bu barədə Oxu.az "RİA Novosti"yə istinadən xəbər verir.

Partlayışlarla yanaşı şəhərin kənarından pulemyot atəşləri başlayıb.

Həmsədrlərin görüşlərinin başa çatmasını gözləyən çoxsaylı jurnalistlər qaranlıqda işıq saçan pulemyot güllələrinin uçuşunu öz kameralarına çəkiblər. Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.