İbrahimoviç də Asiyaya yollanır

8 Aprel 2016 14:37 (UTC+04:00)

Son vaxtlar PSJ-dən ayrılacağıyla bağlı xəbərləri dolaşan Zlatan İbrahimoviç böyük ehtimalla daha bir il Paris klubunun uğurları üçün çalışacaq.

Publika.az xəbər verir ki, isveçli forvard paytaxt klubuyla müqaviləni yeniləməyə çox yaxındır.

“Qazzetta dello Sport”un iddiasına görə, Zlatan Parisdə qalacağı bir ildə 12 milyon avrosunu qazanacaq. Bundan sonra onun bir çox futbol ulduzları kimi Asiyaya yollanağı gözlənilir. Belə ki, PSJ-nin ən böyük səhmdarlarından biri Məhəmməd ben Hamad Əl-Taninin Qətər klubunda 50 milyon avro qazanmaq təklifi İbrahimoviçi düşündürür. Eyni zamanda 34 yaşlı isveçli qoleadora 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının səfiri gözüylə baxılır.

İbrahimoviçin PSJ ilə hazırki müqaviləsi cari mövsümün sonunda başa çatacaq.