Erməni əsgərlərinin olduğu yük maşını dərəyə aşdı

8 Aprel 2016 16:49 (UTC+04:00)

Ermənistanın Ararat vilayətində hərbi yük maşını dərəyə yuvarlanıb.

Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, məlumatı Ermənistan polisindən təsdiqləyiblər.

Sputnik Armeniya isə bildirib ki, "Ural" markalı hərbi yük maşınının dərəyə aşması nəticəsində 1 nəfər ölüb, yaralananlar da var.

Hadisənin detalları araşdırılır.