Astroloji proqnoz - 09 aprel

9 Aprel 2016 00:03 (UTC+04:00)

Qoç - Diqqətli olun, pul itkisi ilə üzləşə bilərsiniz. Amma bu sizi o qədər də kədərləndirməsin, çünki qarşı günlərdə gözləmədiyiniz yerdən əlinizə pul gələcək.

Buğa - Sürprizlə qarşılaşacaqsınız. Şəxsi həyatınızda ürəkaçan hadisələr gözlənilir. Çalışın xoşbəxtliyinizi əlinizdə möhkəm saxlayasınız.

Əkizlər - Çoxdan sizi üzən maliyyə problemləri nəhayət ki, həllini tapacaq. Amma əlinizdə olanı dərhal xərcləməyin. Dar günə də pul saxlayın.

Xərçəng - Romantikanı bir kənara qoyub, real həyatla yaşayın. Çünki xəyallar aləminə baş vurduqca tərəf müqabilinizi əsəbiləşdirirsiniz.

Şir - Uzaq qohumlarınızdan şad xəbər alacaqsınız. Toya hazırlaşın.

Qız - Utancaqlığınız başınıza bəla olacaq. Buna görə də sevgilinizi itirə bilərsiniz. Hiyləgər rəfiqələrinizdən uzaq durun.

Tərəzi - Yeni iş təklifi alacaqsınız. Amma qərar verməmişdən qabaq üz ölçüb, bir biçin.

Əqrəb - Sizi qarşıda sevincli günlər gözləyir. Çoxdan gözlədiiyniz şad xəbəri nəhayət ki, alacaqsınız.

Oxatan - Sevgilinizlə aranız dəyə bilər. Dilinizin altına qənd qoyun ki, onu özünüzdən incik salmayasınız.

Oğlaq - Səhhətinizdə yaranan problemlər arxada qalacaq. Sizi qarşıda sağlam həyat gözləyir.

Dolça - Hər zaman pozitiv olmağınız və inamınız sizi bütün çətinliklərdən qurtaracaq. Gücünüz daha da artacaq.

Balıq - Səhhətinizlə bağlı yüngül problem yaşayacaqsınız. Qidanıza diqqət yetirin.