Astroloji proqnoz - 10 aprel

10 Aprel 2016 00:03 (UTC+04:00)

Qoç - Səhhətinizi qorusanız, hansısa ciddi bir problemlə rastlaşmayacaqsınız. Həsrətində olduğunuz bir neçə sevindirici məqamla üzləşəcəksiniz.

Buğa - İkitərəfli əməkdaşlıqda uğurlara nail ola bilərsiniz. İşgüzar səfərlər də sizə böyük səmərə verəcək.

Əkizlər - Hər mənada ehtiyatlı olun. Ətrafınızdakı insanlar əleyhinizə ola bilər. Maliyyə sahəsində uğurlar görünür.

Xərçəng - Bu gün ulduzlar sizə saysız sevinc bəxş edəcək. Nahardan sonra maliyyə ilə bağlı sövdələşmələriniz uğurlu ola bilər.

Şir - Daxili gərginliyinizi azaltmaq üçün müxtəlif məşğuliyyətlər tapın. Mümkün qədər ürəyinizi qoruyun.

Qız - Boş işlərə xərc qoymayın. Perspektivli təkliflər alacaqsınız.

Tərəzi - Ailə-sevgi məsələlərində uğurlu məqamlarla rastlaşa bilərsiniz. Pulla bağlı narahat olmayın.

Əqrəb - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Maraqlı təkliflər, perspektivli sövdələşmələr və xoş təsadüflər yolunuzu gözləyir.

Oxatan - İşgüzarlıq zəminində vəziyyət xeyrinizə cərəyan edir. Əzmkarlığınızı birə-beş qat artırmalısınız.

Oğlaq - Bir tərəfdən qarşılıqlı münasibətlərdə gərginlik, digər tərəfdənsə bəzi cəhdlərinizin boşa çıxması ovqatınıza mənfi təsir edə bilər.

Dolça - Maraqlı görüşləriniz olacaq. Sevgi məsələlərində güzəştə gedin.

Balıq - İstirahət edin. Kitab oxumağa, musiqi dinləməyə vaxt ayırın. Ruhunuzun buna ehtiyacı var.