Övladlarını pozur deyə telefonları güllələdi - VİDEO

10 Aprel 2016 21:12 (UTC+04:00)

ABŞ-da qadın övladlarına məxsus bir neçə iPhone telefonlarına güllələyib.

Publika.az-ın məlumatına görə, ana hərəkətini telefonların övladlarına mənfi təsiri ilə əlaqələndirib: "Mən bu hərəkətimlə sosial medianın uşaqlarıma təsirini aradan qaldırıram". O, daha sonra tüfəngdən telefonlara atəş açıb.

Videogörüntülərdə narazı qız və iki oğlan da var. Onlar telefonlarının məhvini izləyirlər.