NATO-dan şok Rusiya qərarı

2 Aprel 2014 01:42 (UTC+04:00)

NATO Ukrayna və Krıma təcavüz etdiyinə görə Rusiya ilə bütün mülki və hərbi münasibətlərin dayandırmaq haqqında qərar verib.

NATO xarici işlər nazirlərinin toplantısının açılışında çıxış edən NATO-nun baş katibi Anders Fog Rasmuseen sərhədləri yenidən müəyyən etmək üçün gücdən istifadə edən Rusiya ilə münasibətlərin dəyişməsinin şərt olduğunu dilə gətirib.

Bu bölgədə təhlükəsizliyin qorunması üçün NATO-nun planlarını açıqlayan Rasmussen deyib ki, Rusiyanın beynəlxalq hüququ pozmaq cəhdlərinə layiqli cavab veriləcək: “Bundan sonra sərhədlərimizə hər hansı təcavüz qeydə alınarsa, bu aktı həyata keçirən ölkə həmin an eyni qaydada cavab alacaq”. /Musavat/