AŞPA-da Qarabağla bağlı təxribat hazırlanır - SOS

13 Aprel 2016 15:23 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasında Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələr müzakirə olunacaq.


Publika.az xəbər verir ki, yeni məlumatlara görə, aprelin 21-də keçiriləcək müzakirələr Dağlıq Qarabağ məsələsi təcili və mühüm olmaqla iki formatda keçiriləcək.

Fransalı deputat Fransua Roşbluanın təşəbbüsü ilə keçiriləcək müzakirələrdə hansısa qərar, yaxud qətnamənin qəbulu gözlənilmir.

Xarici KİV-in yaydığı məlumatlardan belə görünür ki, Ermənistan nümayəndə heyəti AŞPA-da yeni təxribat hazırlamaq niyyətindədir. Belə ki, erməni tərəfi Qarabağda baş verən son toqquşmalarda döyüş şəraitində məhv edilən əsgərləri Azərbaycanın vəhşiliyi kimi təqdim etməyə hazırlaşır. Həmçinin, onlar atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia etmək niyyətindədirlər.

Asif