Üç dəfə ərdə olan müğənni: “Yenə evlənmək istəyirəm”

14 Aprel 2016 12:45 (UTC+04:00)

Cennifer Lopes “W Magazine” jurnalının may nömrəsinin üz qabığına çəkilib.

Publika.az xəbər verir ki, pop-diva yeni fotosessiya etdirib. Həmçinin keçmiş həyat yoldaşı və həmkarı Mark Entoni, eləcə də özündən 18 yaş kiçik sevgilisi Kasper Smartla münasibətləri barədə danışıb. Cey Lo onunla evliliyini həyatının ən böyük səhvi adlandırıb: “Mən yeddi il ərzində ailəmin dağılmaması üçün əlimdən gələni etdim. Halbuki, əvvəlcədən bu nikahın böyük səhv olduğunu bilirdim, buna baxmayaraq uşaqlarımın xətrinə evlililiyimi 7 il davam etdirə bildim. İş məsələsində heç vaxt təslim olmuram, amma söhbət şəxsi problemlərdən gedəndə geri çəkilirəm. Əlbəttə ki, ailəmin dağılması ilə barışmaq asan deyildi. Həmin anda həyata küsmüşdüm, hirsimdən nə etdiyimi bilmirdim, tez-tez ümidsizliyə qapılırdım. Hər halda Mark övladlarımın atasıdır və bu, heç vaxt dəyişməyəcək”.

Müğənni keçmiş həyat yoldaşı haqqında gözlənilməz etiraflar edib. O bildirib ki, müğənnilər eqoistdir: “Müğənnilər özləri haqqında çox düşünür, ona görə də yataqda onlar rəqqaslar kimi yaxşı deyillər”.

Keçmiş həyat yoldaşı ilə gənc sevgilisini müqayisə edən Ceylo müsahibəsində sonuncu haqqında da danışıb: “Biz bir müddət ayrıldıq, indi isə yenidən birlikdəyik, yenidən ərə getməyi də çox arzulayıram. “Yaddaş gündəliyi" filmi çox xoşuma gəlir və mən də sevdiyim insanla qocalana qədər yaşamaq istəyirəm”.

Cazibədar ulduzun bu açıqlaması hər kəsi təəccübləndirib. Çünki o, bu yaxınlarda toy haqqında fikirləşmədiyini bəyan etmişdi.

Aytən