Nazirlik: Ermənistan digər meyitləri aşkara çıxarmaq üçün...

14 Aprel 2016 12:11 (UTC+04:00)

Müdafiə Nazirliyi (MN) qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus diversiya qrupunun guya qarşı tərəfə keçməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir: “Odur ki, Ermənistan kriminal hərbi-siyasi rejimi digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya hər gün diversiya əməliyyatları keçirməsi barədə məlumatları hələ uzun müddət verəcək və ölülər barədə xəbər yayacaq. Uğursuzluqlarını ört-basdır etmək üçün onların belə bəhanələrdən başqa çıxış yolu yoxdur”.