Prezident və xanımı ziyafətdə - FOTO

14 Aprel 2016 23:46 (UTC+04:00)

Aprelin 14-də İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.