Hüseyn Dəryanın oğlu atasının dostunu təbrik etdi – FOTOLAR

15 Aprel 2016 10:45 (UTC+04:00)

Reper Hüseyn Dəryanın oğlu Cahangir anası ilə birlikdə Kənan M.M-in “Qayıdış” filminin qala gecəsində iştirak edib.

Publika.az xəbər verir ki, mərhum reperin oğlu Cahangir Dərya atasının dostunu yeni filmi münasibəti ilə təbrik edib, həmçinin bir çox məşhurla fotolar çəkdirib.

Mərhum reperlə Kənan M.M çox yaxın dost olublar. Rejissor Cahangiri hətta atasının ildönümünə həsr olunmuş “Yat dostum” klipinə də çəkmişdi.

Fidan