İlqar Məmmədov deputat olmaq istəyir

15 Aprel 2016 11:41 (UTC+04:00)

REAL Hərəkatının sədri İlqar Məmmədov təkrar seçki təyin olunan Ağdaş 90 saylı dairədən deputatlığa namizədliyini vermək istəyir.

Publika.az xəbər verir ki, bu barədə REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli məlumat yayıb.

N. Cəfərli İ.Məmmədlinin bu haqda ona telefon danışığı zamanı bildirdiyini qeyd edib.

“Hal hazırda İlqar bəy barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur, iş Şəki Apelyasiya məhkəməsinə geri göndərilib, məhkəmə günü də təyin edilmir. İlqar bu gün radioda eşidib ki, Ağdaş 90 saylı dairədə təkrar seçki təyin edilib. Dedi ki, sənədləri hazırlayaq, o dairədən namizədliyini verəcək. İndi statusu “təqsirləndirilən” şəxsdir, qanun namizəd olmağa imkan verir. Dedim ki, yaxşı fikirdir, Ağdaşda gözəl kampaniya apara bilərik”, - deyə o bildirib.

Asif