Xalq yazıçısından dostuna təklif: “Ya şərab içərsən, ya da…”

15 Aprel 2016 17:15 (UTC+04:00)

Yazıçılar Birliyinin sədri Anar Seyran Səxavətin 70 illiyinə həsr olunan yubiley tədbirində qələm dostuna hədiyyə bağışlayıb.

Publika.az xəbər verir ki, AYB-də təşkil olunan yubiley mərasimində Anar hədiyyəni təqdim edərkən zarafatından qalmayıb: “Seyran, 70 yaşına bu bizdən sənə hədiyyə. İstəsən şərab içərsən, istəsən şərbət. Seçim sənindir”.

AYB sədrinin bu zarafatı zalda gülüşlə qarşılanıb.

Cəvahir