Bakının mərkəzində iki yol bağlanır

15 Aprel 2016 17:06 (UTC+04:00)

"Formula-1" yarışı ilə bağlı hazırlıq işləri ilə bağlı olaraq Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-sı saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, burada avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət bazar ertəsi günü, aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.