Ərdoğan Minsk qrupunun fəaliyyətini tənqid etdi

15 Aprel 2016 17:11 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII sammitinin yekunlarına dair mətbuat konfransında ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib.

Publika.az xəbər verir ki, Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərən Minsk qrupunun fəaliyyətsiz olduğunu deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımi hüquqi sənədlər var. Problemin həlli üçün daha çox səy göstərilməlidir. Həmsədrlərin bu prosesi yekunlaşdırmamasını anlaya bilmirəm”, - deyə o bildirib.

Türkiyə prezidenti qeyd edib ki, 25 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda aparılan mübarizəni dəstəkləyirlər.

Asif