Qırğızıstan və Özbəkistanda zəlzələ oldu

16 Aprel 2016 13:59 (UTC+04:00)

Qırğızıstanla Özbəkistanın həmsərhəd ərazilərində zəlzələ baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Təhsil və Elm Nazirliyinin Seysmoloji Metodiki Təcrübə Stansiyasının Ekspedisiyası məlumat yayıb.

Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmoloji İnstitutunun yaydığı məlumatda isə zəlzələ ocağının Özbəkistan ərazisində olduğu bilirilir.

Hələlik ölən və ya yaralananlar barəsində hər hansı məlumat verilmir.

Anar