Dağıdıcı qasırğa Uruqvayın şəhərini viran qoydu –FOTO\VİDEO

16 Aprel 2016 15:36 (UTC+04:00)

Uruqvayın Dolores şəhərində baş vermiş qasırğa nəticəsində ən azı dörd sakin həlak olub, 200-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə prezidenti Tabare Vaskes qasırğadan zərər çəkmiş ərazidə fövqəladə vəziyyət elan edib.

Şəhərdə yaşayış evləri dağıdılıb, bir sıra inzibati binalar, o cümlədən xəstəxana və texnikom binaları qasırğadan zərər çəkib. Qasırğanın gücündən hətta iki avtobus çevrilib.

Şəhərə xilasedici briqadalar və ordu birləşməsi göndərilib. Şəhərin bütün tibb məntəqələri fasiləsiz işləməyə başlayıb.

Anar