Daha bir ulduz azarkeşlərini göz yaşına boğdu

2 Aprel 2014 13:41 (UTC+04:00)

“Benfika” və Portuqaliya millisinin keçmiş hücumçusu Nuno Qomeş peşəkar karyerasını bitirib.

Publika.Az xəbər verir ki, bu barədə Lissabon klubunun rəsmi saytı məlumat yayıb. Onun sonuncu komandası “Blekbern” olub. 2012- 2013 mövsümünün sonunda İngiltərə təmsilçisini tərk edən Qomeş o vaxtdan işsiz idi.

Bundan sonra 37 yaşlı Nuno “Benfika”nın strukturunda klub prezidentinin beynəlxalq əlaqələr üzrə məsləhətçisi vəzifəsini icra edəcək.

Xatırladaq ki, futbolçu Lissabon komandasında 2002-2011-ci illər aralığında 195 oyun keçirib və aktivinə 65 qol yazdırıb.

Aygün İlqarqızı